

18 Yanvar 2011-ci il tarixində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Şirvan şəhər Mərkəzi kitabxanasında anım mərasimi keçirilmişdir.
Tədbirdə orta məktəb şagirdləri, müəllimlər, mədəniyyət işçiləri və oxucular olmaqla 52 nəfər iştirak edirdi.
Tədbirdə ilk növbədə olaraq 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra isə Mərkəzi kitabxananın direktoru İ. Nəbiyev çıxış etdi. Mərkəzi Kitabxananın xidmət şöbəsinin əməkdaşı Vəzifə Xuduyeva çıxış edərək 20 Yanvar 1990-cıil faciəsinin tarixindən, onun törətdiyi acı nəticələrdən və xalqımızın bu faciədə verdiyi şəhidlərin mübarizliyindən danışdı
Sonra şəhər 18 saylı və 21 saylı tam orta məktəbin şagirdləri Quliyev Qafar, Quliyeva Sübnisə , Dadaşzadə Aytən, Dadaşzadə Əsmər, Oruclu Rüfanə , Eyvazlı Vüsalə və müəllimlərdən Əhədova Sərvinaz, Dəmirova Könül “Milli Qürur Günümüz” adlı ədəbi-bədii kompozisiya göstərdilər
Şirvan şəhər Xalq teatrının aktyoru Elşən İsmayılzadə isə özünün yazmış olduğu “20 Yanvar “ adlı şerini söylədi.